Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı

24
Yan
12:13

Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş verən yanğın zamanı həyatını itirən 78 nəfərdən 36-nın uşaq olduğu məlum olub.

Bu barədə Xeberler24.az "Haberler" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, yanğın tətil üçün "Kartalkaya"nı seçmiş ən azı 30 ailəni əhatə edib. Faciədə demək olar ki, hər ailədən ən azı bir uşaq həyatını itirib. Ölən uşaqların əksəriyyəti ibtidai və ya orta məktəb yaşında olublar.

Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətində əsas xizək kurortlarından biri olan "Kartalkaya"da yerləşən 12 mərtəbəli "Grand Kartal" hotelində yanğın baş verib. Yanğında 78 nəfər ölübHadisə ilə bağlı 12 nəfər saxlanılıb.