Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Xeberler24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.