Türkiyədə hotel yanğınında ölənlərin yekun sayı açıqlandı

23
Yan
12:20

Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş verən yanğınla bağlı zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi işləri tamamlanıb.

Xeberler24.az-ın DHA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyindən məlumat verilib.

"Boluda baş verən yanğında bütün zərərçəkmişlərin şəxsiyyətləri müəyyən edilib. Yanğında həyatını itirənlərin sayı 78-dir", - deyə məlumatda bildirilib.