Ermənistan Rusiyaya NOTA vErmənistan Rusiyaya NOTA verdi
 erdi

15
Yan
13:24

Yanvarın 15-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan XİN-ə çağırılıb.

Xeberler24.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb cari il yanvarın 12-də Rusiyanın Ümumrusiya Dövlət Televiziya kanalında yayımlanan "Vesti nedeli" proqramında "Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı süni şəkildə yaradılan narrativlər" olub.

"Görüş zamanı səfirə müvafiq etiraz notası təqdim edilib", - deyə məlumatda vurğulanıb.