İranda təlim təyyarəsi qəzaya uğradı: Ölənlər var

15
Yan
14:17

Bu gün Iranın Rəşt şəhəri yaxınlığında İran Polis Komandanlığına məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Xeberler24.az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qəzada üç nəfər - pilot, ikinci pilot və bort mühəndis həlak olublar.

Qəzaya səbəbin texniki nasazlıq olduğu bildirilib.