İspaniya Superkuboku: "Barselona" ilin ilk "El-Klasiko"sunda "Real Madrid"i darmadağın etdi

13
Yan
01:40

Futbol üzrə İspaniya Superkubokunun final matçı keçirilib.

Xeberler24.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirimiş görüşdə "Real Madrid" və "Barselona" qarşılaşacaq.

Matç 5:2 hesabı ilə katalanların xeyrinə başa çatıb. Hesabı beşinci dəqiqədə Mbappenin qolu ilə "Kral klubu" açsa da, "Barselona" ardıcıl 5 qol vurmaqla darmadağına imza atıb. Katalanların heyətində qolları Yamal, Levandovski, Rafinya (2) və Balde vurublar. "Real Madrid" ikinci hissədə Rodriqonun qolu ilə fərqi azalda bilib.

Beləliklə, "Barselona" 15-ci dəfə Superkuboka yiyələnib.

 

Bu gün futbol üzrə İspaniya Superkubokunun qalibi bəlli olacaq.

Xeberler.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları qarşılaşacaq.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.