İqtisadiyyat naziri Mikayıl Cabbarov Ankara şəhərində keçirilən Türkiyə-Azərbaycan - Özbəkistan biznes forumunda iştirak edib.
Xeberler24.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib:
"Həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviqi imkanlarını müzakirə etdik".