Azərbaycan XİN Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib

27
Yan
12:49

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib.

Xeberler24.az xəbər verir ki, məlumat nazirliyin rəsmi "X" sosial media hesabında paylaşılıb.

"27 yanvar - Beynəlxalq Holokost Qurbanlarının Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik.

Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq", - paylaşımda qeyd olunub.