Bakıda avtomobil mopedlə toqquşub, ölən var

25
Yan
12:20

Bakıda avtomobil mopedlə toqquşub.

Xeberler24.az "Report"a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Mirmövsüm Eynalovun idarə etdiyi "Peugeut Pariner" avtomobili rayonun Sabunçu qəsəbəsində Elvin Allahverdiyevin idarə etdiyi mopedlə toqquşub.

Nəticədə E.Allahverdiyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.