Bakıda səhər tezdən işə gedən gənc oğlan YOXA ÇIXDI

24
Yan
09:59

Bakıda gənc oğlan itkin düşüb.

Xeberler24.az Lent.az-a istinadla xəbər verir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayan 18 yaşlı Qarayev İlham Elşad oğlu səhər saat 8:30-da işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.