Türkiyədə mədəndə güclü partlayış olub

23
Yan
18:20

Türkiyənin Elazığ şəhərinin Alacakaya rayonunda yerləşən mədəndə güclü partlayış baş verib.

Xeberler24.az bu barədə "Haber Global"a istinadən xəbər verib.

İlkin məlumata görə, partlayışdan sonra mədənin çökməsi nəticəsində iki işçi torpaq altında qalıb.

Hazırda torpaq altında qalan işçilərin axtarışları aparılır.