"Qarabağ" FKSB ilə keçiriləcək görüşə şəhid övladları ilə çıxacaq

23
Yan
17:45

Bu gün Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Rumıniyanın FKSB klubu ilə qarşılaşacaq "Qarabağ"ın futbolçuları meydana şəhid övladları ilə çıxacaqlar.

Xeberler24.az xəbər verir ki, bunu klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev bildirib.

Qeyd edək ki, "Qarabağ" - FKSB oyunu bu gün saat 21:45-də start götürəcək. Oyun T.Bəhramov adına Respublika Stadionunda keçiriləcək.