Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı

23
Yan
16:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin Xüsusi Rütbəlilərlə Qəbul Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Xeberler24.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə polkovnik Şahin Orucov sözügedən şöbənin rəisi vəzifəsindən azad olunub.

Məlumata görə, FHN-də polkovnik Şahin Orucov Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunub. Sevda Şirinova onun vəzifəsində saxlanmasına çalışsa da, bu baş tutmayıb.