Qırğızıstan XİN başçısı Ermənistana gedir

22
Yan
18:59

Yanvarın 23-də Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Ermənistana səfər edəcək.

Xeberler24.az-nın xəbərinə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun həmkarı Ararat Mirzoyanla görüşü və nazirlərin mətbuat üçün birgə bəyanatı nəzərdə tutulub.