ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini telfonla danışdı "O ağıllıdır, başa düşür"

22
Yan
10:25

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini ağıllı adlandırıb.

Bu barədə Xeberler.24.az KP.ru-ya istinadən xəbər verir.

Məlumata görə, Tramp bu barədə Ağ Evdə çıxışı zamanı Rusiya prezidenti ilə bağlı danışarkən deyib.

O bildirib ki, bu qənaətə Putinin ABŞ-nin keçmiş prezidenti Co Baydenə münasibətinə əsaslanaraq gəlib. Trampın iddiasına görə, Vladimir Putinin Baydenə hörməti olmayıb.

"O, Baydenə hörmət etmirdi. O ağıllıdır, başa düşür", - deyə Tramp qeyd edib.