UEFA Çempionlar Liqası: "Monako" "Aston Villa"nı minimal hesabla məğlub etdi

21
Yan
23:49

UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII turunda ilk oyunlar keçirilib.

Xeberler24.az xəbər verir ki, Monakoda eyniadlı klub "Aston Villa"-nı qəbul edib.

Görüş 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Paralel keçirilən digər görüşdə "Atalanta" "Şturm Qrats"ı 5:0 hesabı ilə məğlub edib.

Günün digər matçları Bakı vaxtı ilə 00:00-da başlayacaq.