UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun ilk matçında İstanbulda "Qalatasaray" "Dinamo Kiyev"lə üz-üzə gəlib.
Xeberler24.az xəbər verir ki, qarşılaşmada qapılara altı qol vurulsa da, qalib müəyyən olunmayıb - 3:3.
"Qalatasaray"ın heyətində qolları Devinson Sançes, Abdülkerim Bardakçı və Viktor Osimhen, kiyevlilərin heyətində isə Vladislav Vanat və Andrey Yarmolenko (2) vurublar.
Bu matçdan sonra "Qalatasaray" 13 xalla turnir cədvəlində 5-ci yerə yüksəlib, "Dinamo Kiyev" isə ilk qazanaraq sonuncu pillədə qərarlaşıb