Daha bir ölkədə təyyarə qəzası - 10 nəfər öldü

12
Yan
12:16

Kolumbiyanın şimal-qərbində kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.

Xeberler24.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, yanvarın 8-də itkin düşdüyü bildirilən “Pacifica Travel” şirkətinə məxsus təyyarə Kolumbiyanın şimal-qərbindəki Antiokia departamentində qəzaya uğrayıb.

Bildirilib ki, təyyarədə iki ekipaj üzvü və səkkiz sərnişin olub.