Mikayıl Cabbarov Marko Arçelli ilə görüşdü

21
Yan
15:56

"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşməkdən məmnun olduq".

Xeberler24.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında yazıb:

"Azərbaycanın enerji ekosistemində bərpaolunan enerji mənbələrinin payının artırılması, "ACWA Power" ilə reallaşdırılan təşəbbüslərin əhəmiyyəti və birgə həyata keçirilən layihələr barədə danışdıq".