Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

21
Yan
15:05

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Xeberler24.az xəbər verir ki, nazirlik bu barədə rəsmi "X" hesabında paylaşım edib.

"Qardaş Türkiyənin Bolu vilayətində "Kartalkaya" dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda qeyd olunub.

 

 

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Bolu bölgəsinin "Kartalkaya" xizək mərkəzindəki hoteldə yanğın baş verib. Yanğın nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.