Hakan Fidan və Sergey Lavrov regional məsələləri müzakirə ediblər

13
Yan
02:37

Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığı olub.

Xeberler24.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Xarici siyasət idarələrinin rəhbərləri müntəzəm, etimadlı dialoqun inkişafı çərçivəsində beynəlxalq və regional məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyət kontekstində fikir mübadiləsi aparıblar" - deyə məlumatda qeyd olunur.