Ararat Mirzoyan Moskvaya yollanır

20
Yan
18:37

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 21-də Moskvaya səfəri gözlənilir.

Xeberler24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü, bundan sonra isə nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulub.