Xocalı və Xankəndidə sükut anı: 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

20
Yan
14:30

20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib.

Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqə ərzində dayandırılıb.

Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.

Daha ətraflı Baku TV-nin videomaterialında: