Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında təmaslar davam edir"

">
20
Yan
13:25

"Azərbaycanla Ermənistan arasında təmaslar davam edir".

Xeberler24.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O, növbəti görüşün tarixinin məlum olmadığını deyib:

"Həmçinin, Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə razılaşma əldə edilməyib. Əsas problem isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı hələ də ərazi iddiasının olmasıdır".