Bələdiyyə seçkisində neçə namizəd qeydə alınıb?

20
Yan
12:37

"Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkisində 17 min namizəd qeydə alınıb. Onlardan 8 071 nəfər seçiləcək".

Xeberler24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O, 20 Yanvar şəhidlərinin xatirəsini yad edib:

"Onlar bu gün üçün şəhid oldular. Biz də hazırda Azərbaycanın inkişafının sürətli məqamlarını yaşayırıq".