Tramp inaqurasiyadan sonra Putinlə bağlı tapşırıq verdi

20
Yan
11:42

ABŞ-nin seçilmiş lideri Donald Tramp köməkçilərinə inaqurasiyadan bir neçə gün sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təşkil edilməsini tapşırıb.

Xeberler24.az-ın verdiyi məlumata görə, bu barədə CNN öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilib ki, söhbətin məqsədlərindən biri Ukraynada münaqişəyə son qoymağa cəhd etmək üçün yaxın aylarda iki siyasətçinin şəxsi görüşünün təşkili məsələsinin müzakirəsi olacaq.