Tramp Putinlə razılaşa bilər

19
Yan
18:40

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Ukraynanın hərbi neytrallığı ilə bağlı razılığa gələ bilərlər.

Xeberler24.az TASS-a istinadən xəbər verir ki, bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar bildirib.

Onun sözlərinə görə, əgər belə olarsa, Slovakiya bu qərarı dəstəkləyəcək.

Qeyd edək ki, yanvarın 20-dən başlayaraq Tramp andiçmə mərasimindən sonra ABŞ prezidentinin vəzifələrinin icrasına başlayacaq.