BP "Şahdəniz" yatağında hasilatı bərpa edir

19
Yan
15:15

BP texniki problemləri həll etdikdən sonra "Şahdəniz" yatağının fəaliyyəti dayandırılmış "Alfa" qurğusunda hasilata yenidən başlayıb.

Hasilatın dayanması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya tədarükündə fasilələr yaradıb.

BP-nin "Şahdəniz" üzrə sahə hasilat meneceri Ceyms Dunbar ANEWZ-a eksklüziv açıqlamasında qurğunun yenidən işə salınmasını təsdiqləyib və bütün texniki problemlərin aradan qaldırıldığını vurğulayıb.