Qubada avtomobil QƏZASI: Ölən var

12
Yan
23:15

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib, ölən var.

Xeberler24.Az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Taleh Malik oğlu Rüstəmov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.