Ərdoğan qurultayda mahnı oxudu

18
Yan
21:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersində keçirilən Ədalət və İnkişaf Partiyasının 8-ci regional qurultayında iştirak edib.

Xeberler24.az "Haber Global"a istinadən xəbər verir ki, ölkə başçısı tədbirdə mahnı oxuyub.

Ərdoğan "Duyanlara, duymayanlara" adlı məşhur mahnını ifa edib.