"Turan Tovuz" heyətini braziliyalı müdafiəçi ilə gücləndirdi

18
Yan
19:54

"Turan Tovuz" braziliyalı müdafiəçinin transferini açıqlayıb.

Xeberler24.az xəbər verir ki, qərb təmsilçisi 24 yaşlı Kauan Martins De Paulanı sıralarına cəlb edib.

Onunla altı ay + bir illik müqavilə bağlanılıb.

Kauan Martins De Paula son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinib. O, vətənində "Pirasikaba", "Mariliya" və "Qremio", Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.