XİN başçısı: "Türkiyə olaraq Qəzzaya əlimizdən gələn dəstəyi göstərəcəyik"

">
18
Yan
15:09

"15 aydır davam edən qətliamın dayanması bizim üçün önəmlidir".

Xeberler24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, xüsusən də uşaq, qadın, jurnalistlərin, humanitar yardım gətirənlərin fərq qoyulmadan öldürülməsi əsl faciədir:

"Ona görə də atəşkəsin əldə olunması yardımların Qəzzaya çatdırılması, fələstinlilərin evlərinə geri qayıtması, çadırlarda qalanların ehtiyaclarının qarşılanması baxımından mühümdür. Biz də Türkiyə olaraq əlimizdən gələn dəstəyi göstərəcəyik".