Aleksandar Vuçiç Azərbaycan Prezidentinə təşəkkür etdi

12
Yan
17:08

Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Xeberler24.Az xəbər verir ki, bu barədə o, "X" sosial platformasında yazıb.

"Azərbaycanlı qardaşlarımız və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyimiz Prezidentə sonsuz təşəkkürlər", - Vuçiç qeyd edib.