Türkiyə ordusu İraq və Suriyada antiterror əməliyyatları keçirib 9 terrorçu MƏHV EDİLDİ

12
Yan
16:13

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.

Xeberler24.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Pençe-Kilit və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" bölgələrində isə PKK-nın daha altı üzvü məhv edilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.