Azərbaycan Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qalib gəldi

17
Yan
21:22

Misli Premyer Liqasında "Qarabağ" "Şamaxı"ya qalib gəlib.

Xeberler24.az xəbər verir ki, XIX turun açılış matçında Ağdam təmsilçisi doğma meydanda 3:2 hesablı qələbəyə sevinib.

Ev sahiblərinin heyətində Nəriman Axundzadə (4) və Aleksey Kaşuk (29) fərqlənib. Qonaq komandadan isə Belajdi Pusi (14) və Brahim Konate (39) diqqət mərkəzinə düşüb. "Şamaxı"nın heyətində Cəlal Hüseynov isə avtoqol (72) müəllifi olub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 18 turdan sonra 50 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş tutacaq.

Bu gün Azərbaycan Premyer Liqasında 2025-ci ilin ilk görüşü XIX tur çərçivəsində keçiriləcək.

Xeberler24.az xəbər verir ki, "Qarabağ" doğma meydanda "Şamaxı"nı qəbul edəcək.

"Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, turun digər oyunlarında "Zirə" klubu "Araz-Naxçıvan"ı, "Sumqayıt" isə "Səbail"i yanvar ayının 18-də, "Kəpəz" klubu "Turan Tovuz"u, "Neftçi" isə "Sabah"ı yanvarın 19-da qəbul edəcək.