Azərbaycan və Gürcüstanın baş nazirləri Bakıda inşa ediləcək yeni səfirlik binasının ərazisində

17
Yan
13:50
Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər.

Xeberler24.az xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.

Bildirilib ki, 3 450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.

Qeyd edilib ki, tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.