İndoneziyada vulkan püskürüb: 3 min nəfər təxliyə edilib

16
Yan
15:55

İndoneziyanın Maluku əyalətində İbu vulkanı yenidən aktivləşərək 4 kilometr yüksəkliyə kül püskürüb.

Xeberler24.az xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, vulkanın püskürdüyü əraziyə yaxın yaşayan 3 min nəfər təxliyə edilib.