Prezident İlham Əliyev Afaq Məsudla bağlı sərəncam imzaladı

16
Yan
13:38

Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Xeberler24.azz President.az-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.