İtkin düşən balıqçılarla bağlı SON VƏZİYYƏT

16
Yan
20:05

Lənkəran rayonunun Siyavar kəndi istiqamətində, dənizdə itkin düşmüş hesab edilən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasovun axtarışları davam etdirilir.

Xeberler24.az Baku TV-yə istinadən xəbər verir ki, itkin düşmüş Mahmud İbayevin qardaşı Rəşad İbayev hələlik yeni məlumat olmadığını bildirib.

O qeyd edib ki, bəzən sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumatlar yayılır:

"Dənizin üstündə nə bir iz, nə ipucu tapa bilirik. Yerli camaat arasında guya İran gəmisinin tutub aparması barədə şayiələr dolaşır".

Ətraflı süjetdə:

"İtkin düşdükləri ehtimal edilən Lənkəran rayonunun Siyavar kənd sakinlərinin axtarışları davam edir".

Xeberler24.az "Oxu.az"a istinadən xəbər verir ki, Bu barədə sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

"13 yanvar 2025-ci il tarixində Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində iki balıqçının itkin düşməsi barədə FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında vətəndaşların axtarış-xilasetmə əməliyyatı qurumun qüvvələri tərəfindən davam etdirilir".

Xatırladaq ki, yanvarın 13-də səhər saatlarında dənizə çıxan Lənkəran rayonunun Siyavar kənd sakinləri, balıqçılıqla məşğul olan 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov geri qayıtmayıblar. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.