Astanaya yola düşən təyyarə təcili Yekaterinburqa qayıtdı

15
Yan
20:57

Yekaterinburqdan Astanaya uçan "Red Wings" aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Koltsovo hava limanına qayıdıb.

Xeberler24.az-ın xəbərinə görə, bu barədə TASS-a aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilmiş qaydada eniş etdikdən sonra təyyarə təcili yardım xidmətləri tərəfindən qarşılanıb.